Əmtəə nişanı
Əmtəə nişanı – hüquqi cəhətdən qorunan firma adı, firma nişanı, əmtəə nümunəsi və ya onların əlaqələndirilməsidir, başqa sözlə müəyyən firmanın əmtəələrinin digər firmanın məlumatlarından fərqləndirmək üçün xidmət göstərən müəyyən edilmiş qaydada qeydiyyatdan keçən nişandır (işarədir, əlamətdir). Əmtəə nişanı – sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşması.
Ticarət markasını (bəzən onu firma nişanı adlandırırlar) – malın (əmtəənin) hazırlayanı göstərən, məhsulu onu hazırlayanla və satıcısı ilə eyniləşdirən simvol işarəsi (nişanı), müəssisələrin adı, termin, şəkil, emblem və s. Bu zaman buraxılan məhsula yox, onu buraxan firmaya aid olan ticarət adını fərqləndirmək olar. Əmtəə nişanı geraldika işarələrini, coğrafi adları və s. ehtiva etmir, çünki onlar müstəsna mülkiyyət obyekti ola bilməzlər. Əmtəə nişanında istifadə hüquqlarına aiddir: o, hallanmır (təsir altına düşmür). Həmişə mətndə eyni üsulla fərqləndirilir (böyük hərflə, dırnaq işarəsi ilə, kursivlə, üslublaşmış şriftlə və s.); qeydiyyatdan keçmiş əmtəə nişanı xüsusi nişanla C (kopirayt) təchiz olunur (əmtəənin, yaxud malın olduğu ölkədə qəbul edilən).
Əmtəə nişanının sahibi eyni məhsul və xidmətlər üçün əmtəə nişanından və onun variantlarından istifadə edilməsi üçün müstəsna hüquqa malikdir. Əmtəə nişanı istehsalçıya bir hüquqi və ya fiziki şəxs tərəfindən təklif edilən əmtəə və xidmətlərin digər şəxslərin yekcins əmtəə və xidmətlərin fərqlənməsinə imkan verir, onların dəyərinə təsir edir, rəqabət qabiliyyətinin yüksəldilməsinə səbəb olur.